"Qələbəyə və üç xala layiq idik". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Bassala Sambu deyib.

27 yaşlı hücumçu "Turan Tovuz"la heç-heçə etdikləri Misli Premyer Liqasının XXVI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Topa daha çox sahib olurduq. Rəqibin qapısında təhlükəli epizodlar da yaradırdıq. Onların hücum yaratmasına da imkan vermirdik. Qarşılaşma ərzində üstünlüyün bizdə olmasına çalışırdıq".

Forvard fərqlənməsi ilə bağlı danışıb:

"Qol vurduğum üçün sevinirəm. Amma üzülürəm ki, matçın sonlarında konsentrasiya çatışmazlığı oldu. Üç xal qazana bilmədiyimiz üçün məyusuq".