"Barselona"da yeni müqavilə reallaşıb. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi Alexandro Baldenin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin üzvü 2028-ci ilin yayına kimi Kataloniya klubuna məxsus olacaq.
Qeyd edək ki, Balde "Barselona"nın yetirməsidir. 19 yaşlı sol cinah müdafiəçisi əsas komandanın heyətində meydana çıxdığı 56 rəsmi matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.