"Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa bu gün Azərbaycana gəlir. Bu haqda Sport24.az-a klubdan məlumat verilərək, 40 yaşlı belaruslu mütəxəssisin ilk olaraq klub infrastrukturu, texniki heyətlə tanış olacağı bildirilib.
Sumqayıtlılar sabah - yanvarın 5-də bir araya gəlsə də, bu, məşq prosesinin startı olmayacaq. Belə ki, futbolçular tibbi müayinədən keçəcək və yeni baş məşqçinin rəhbərliyi altında hazırlıq bir gün sonra - yanbarın 6-da başlayacaq.
Baqanın tək yox, özüylə köməkçilər gətirəcəyi də dəqiqdi. Sadəcə, bunlarla, köhnə məşqçilər heyətindən kimləri saxlayacağı ilə bağlı yekun qərar veriləndən sonra rəsmən açıqlanacaq. Baqanın Sumqayıtda təqdimat mərasiminin və mətbuat konfransının keçirilməsi gündəmdə qalır. Bu həftəyə nəzərdə həmin tədbirin tarixi dəqiqləşəndən sonra məlumat veriləcək.