"Qalatasaray" mövsümün sonunda komandadan ayrılacaq Fernando Musleraya əvəzləyici axtarışlarını cavab etdirir. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi PAOK-da çıxış edən Dominik Kotarskini transfer etmək istəyir.
Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
"Sarı-qırmızılar" xorvatiyalı qolkiperin həm meneceri, həm də klubu ilə danışıqlara başlayıb. "Qalatasaray" 25 yaşlı "əlcək sahibi"nin keçidini yay toplanışı başlamadan həll etməyə çalışır.
Qeyd edək ki, PAOK Dominik Kotarskini 2022-ci ilin yayında ölkəsinin "Qoritsa" klubundan transfer edib. Xorvatiya millisinin üzvü başa çatan mövsümdə Yunanıstan təmsilçisinin heyətində 46 rəsmi matçda iştirak edib.