"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini gələcəyi ilə bağlı vacib qərar verməyə hazırlaşır. Sport24.az xəbər verir ki, italyan mütəxəssis komandadan ayrılacaq.

 

Bu barədə yerli mətbuat məlumat yayıb.

 

Qasperini A Seriyasında başqa klubda çalışa bilər. "Roma" 67 yaşlı məşqçi ilə danışıq aparır. Artıq tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

 

Qeyd edək ki, Can Pyero Qasperini 2016-cı ilin yayından "Atalanta"nı çalışdırır. Berqamo təmsilçisi bu mövsüm A Seriyasını 3-cü pillədə başa vurub.