Sabah minifutbol üzrə dünya çempionatının startı veriləcək. Sport24.az İdman.biz-ə istinadən xəbər verir ki, tarixdə ilk dəfə Azərbaycanda təşkil olunan yarışın oyunlarına Milli Gimnastika Arenası ev sahibliyi edəcək.

 

Planetin ən güclü 32 komandası 11 gün ərzində mükafatçıları müəyyənləşdirəcək. 5-ci dəfə təşkil olunan mundialın son medalçıları da Bakıya gəlib. Son çempion Rumıniya, vitse-çempion Qazaxıstan və iki il əvvəl bürüncə yiyələnən Macarfıstan da iştirakçılar sırasındadır.

 

Ümumiyyətlə, indiyədək dünya çempionu olan 4 yığmadan üçü 2-ci titul üçün mübarizə aparacaq. Bunlar Çexiya, Rumıniya və ABŞ komandalarıdır. Sabiq çempionlardan yalnız Meksika mundiala gəlməyib. Finala hamıdan çox – 3 dəfə çıxan şimali amerikalıları son anda İndoneziya əvəzləyib.

 

Milli Gimnastika Arenasına çıxacaq üç çempion və Hindistan tarixlərində 5-ci dəfə dünya çempionatına qatılacaq. Bəhreyn, Çad, İndoneziya, Mavritaniya, Polşa, Sloveniya, Türkiyə və Özbəkistan isə mundiallarda debüt edəcək.

il

yer

Çempion

II yer

III yer

2015

ABŞ

ABŞ

Meksika

Braziliya/Rumıniya

2017

Tunis

Çexiya

Meksika

Seneqal

2019

Avstraliya

Meksika

Braziliya

Rumıniya

2023

BƏƏ

Rumıniya

Qazaxıstan

Macarıstan

 

Çempionatın iştirakçıları qrup mərhələsində səkkiz "dördlük"də mübarizə aparacaq. Millimiz meydan sahibi kimi A qrupunda yer alıb. Elşad Quliyevin baş məşqçisi olduğu komanda Mavritaniya, Sloveniya və Bəhreynlə mübarizə aparacaq.

 

A qrupu: Azərbaycan, Mavritaniya, Sloveniya, Bəhreyn
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan,
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa,
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina.
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail

 

Millimiz ilk görüşünə sabah çıxacaq. Rəqib Asiya təmsilçisi olacaq. İki gün sonra Sloveniya, son turda Mavritaniya ilə qarşılaşacaq yığmamız 1/8 finala vəsiqə üçün mübarizə aparacaq.

21 may
21:45. Azərbaycan – Bəhreyn
23 may
20:45. Sloveniya – Azərbaycan
25 may
19:30. Azərbaycan – Mavritaniya

 

Öz qruplarında ilk iki yeri tutan komandalar mükafatlar uğrunda yoluna davam edəcək. Azərbaycan millisi iki il əvvəl debüt etdiyi mundiallarda tarixi uğur qazanmağa çalışacaq.

 

BƏƏ-dəki çempionatın qrupunda İraqı 2:0, Misiri 4:1, Küveyti 3:1 hesabı ilə məğlub edən komandamız 1/8 finala G qrupunun qalibi kimi yüksəlmişdi. Portuqaliyanı 3:0, Bolqarıstanı 3:1 hesabı ilə yenən yığmamız elə ilk cəhddə yarımfinala qədər irəliləyib. Bu mərhələdə Qazaxıstana 2:3, 3-cü yer uğrunda qarşılaşmada Macarıstana 1:3 hesablı ilə uduzan Quliyevin yetirmələri özünün ilk dünya çempionatını 4-cü yerdə başa vurublar. Mükafatın bir addımlığında qalan komandamız bu dəfə sadəcə mükafat deyil, çempionluğa köklənib.

 

Qeyd edək ki, dünya çempionatının mayın 21-də təşkil olunacaq açılış mərasimi saat 19:00-da başlayacaq.