"Qarabağ"ın gücü hər kəsə məlumdur. İlk hissədə şanslarımız oldu, hakim VAR-a getdi. Penaltini verə də bilərdi, verməyə də. Çempionla matçda yaxşı mübarizə apardıq". Bu sözləri Misli Premyer Liqasının 35-ci turunda keçirilən "Qarabağ" – "Kəpəz" matçından (3:0) sonra qonaqların futbolçusu Əli Səmədov Sport24.az-a açıqlamasında deyib.

Səmədov "Kəpəz"in yeni sponsoru ilə bağlı fikirlərini bölüşüb:

"Matçda "Qarabağ"ın futbolçuları daha dəqiq oldular və epizodlardan maksimum istifadə etdilər. Komandaya yeni sponsor gəlib. Sadəcə mövsüm yekunlaşmaq üzrədir. Növbəti mövsümdə "Kəpəz"in qarşısına nə məqsəd qoyulacağını bilmirik. Bu il hədəfimiz Premyer Liqada qalmaq idi ki, bacardıq. Hazırda 8-ci yeri qorumağa çalışırıq. Müqaviləm bitir, təkliflər var. Hələ ki, heç bir klubla danışıq aparmaq olmaz. Mövsümün sonunda "Kəpəz" rəhbərliyi ilə görüşdən sonra qərar verəcəm".

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında sona bir tur qalmış 32 xalla 8-ci pillədədir