Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulub. Sport24.az xəbər verir ki, turun bağlanış matçı "Bakcell Arena"da olub.

Belə ki, 3-cü pillədə gedən "Neftçi" turnir cədvəlində "qonşu"su olan "Zirə"ni qonaq edib.. Paytaxt derbisində yenə ağ-qaralar" qələbə qazanıb.

Xatırladaq ki, bu turda "Sumqayıt" evdə "Turan Tovuz"u 2:1, "Qarabağ" "Şamaxı"nı 3:1, "Səbail" "Kəpəz"i 1:0 hesabıyla məğlub edib. "Sabah" səfərdə "Qəbələ"ni böyük hesabla məğlub edib - 3:0. 

 

Misli Premyer Liqası

XX tur

1 fevarl (çərşənbə)

17:30. “Neftçi” – “Zirə” - 1:0 

Qol: Vojislav Stankoviç, 52

Qırmızı vərəqə: Donald Gerye, 75 (2-ci sarı)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Bakı. “Bakcell Arena" stadionu

Cari çempinatdakı matçlar - 2:1, 3:0