"Sumqayıt"ı Misli Premyer Liqasının VIII turun açılış matçına çıxaracaq məşqçi məlumdu. Sport24.az xəbər verir ki, bu, baş məşqçi Samir Abasovun digər köməkçisi Seymur Rəhimov olacaq. 

Məlumdu ki, Abasov cəzalanandan sonra keçən turda komandanı oyuna köməkçisi Mübariz Orucov çıxardı. Amma o da qırmızı vərəqə aldığından, bir müddət "texniki zona"da ola bilməyəcək. Belə olan halda, digər köməkçi məşqçilərdən seçim Rəhimovu üzərinə edilib.

"Qarabağ"da da baş məşqçi cəzalıdı. Qurban Qurbanovun yoxluğunda əsas köməkçisi Elçin Rəhmanov komandanı meydana çıxaracaq. Qurbanov artıq növbəti turda "texniki zona"ya qayıdacaqsa, Abasovun cəzası ilk dövrıənin sonunda bitəcək və ikinci dövrədə komandasının başında ola biləcək.

Xatırladaq ki, "Qarabağ" - "Sumqayıt" matçı bu gün saat 20:00-da "Azərsun Arena"da keçiirləcək.