Bu yaxınlarda PRO kateqroiyalı azərbaycanlı məşqçi ölkə xaricindən iş təklifi alıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, Roman Qriqorçukun gedişindən sonra "Neftçi"nin əsas komandasından ayrılan Sənan Qurbanova Hindistanın yüksək Liqasında çıxış edən klubdan təklif gəlib.

 

Hazırda yerli çempionatında 13-cü yerdə gedən "East Benqal"ın rəhbərliyi Qurbanovu baş məşqçi postuna dəvət etsə də, 44 yaşlı mütəxəssis qarşı tərəfə "yox" cavabı verib. 

 

Qeyd edək ki, "East Benqal" ölkəsinin aparıcı klublarından biri hesab olunur, komandanın 7 üzvü Hindistan milllisinin şərəfini qoruyur.