FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, Umudlu UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək "Şturm" (Avstriya) – "Girona" (İspaniya) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

 

Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.

 

Noyabrın 27-də Sankt Veit an der Qlan şəhərində yerləşən "Cek Lemans Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.