Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək "Dila" (Gürcüstan) - "Rasinq Union" (Lüksemburq) görüşünün hakim-inspektoru olacaq.

 

Qarşılaşma Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.