UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Hayduk" - "Zirə" görüşünü idarə edəcək hakimlər briqadası bəlli olub. Sport24.az xəbər verir ki, komandaların cavab görüşünü italiyalı hakim idarə edəcək.

 

FİFA referisi Luka Payrettoya Cüzeppe Perrotti və Xaled Bahri kömək edəcək.

 

Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.

 

Qarşılaşma iyulun 31-də keçiriləcək və oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.

 

Bakıdakı matç isə iyulun 23-də baş tutacaq.