Avrokuboklarda keçirilən növbəti matçlardan sonra UEFA-nın yeni əmsallar cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə "Olimpiakos"a uduzan "Neftçi" ölkəmizin xal hesabını artıra bilməyib. "Sumqayıt"ın Belqradda "Çukariçki" ilə heç-heçəsi isə 0,125 xal əldə etmək demək olub.

Beləliklə, Azərbaycanın bu mövsüm ümumi qazancı 0,625-ə çatıb. Bunun 0,500-ü "Neftçi"nin payına düşür.

Sadəcə, "Sumqayıt"ın qazancı ölkəmizin irəliləməsinə kifayət etməyib. Azərbaycan 13,250 xalla əvvəlki kimi 29-cudu. 28-ci Qazaxıstandan 0, 250 xal geri qalan ölkəmiz 30-cu Polşanı 1 xal üstələyir.