Daha bir arena yaxın vaxtlarda əsaslı təmir olunacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, 2025-ci ilin martında Masallı stadionunda təmir işlərinə start veriləcək.
Qeyd edək ki, Anatoli Banişevskinin adını daşıyan idman obyekti uzun illərdi baxımsızlıq səbəbindən bərbad günə düşüb. Vaxtilə ölkə çempionatının güclülər dəstəsində çıxış edən "Viləş" ev oyunlarını bu arenada keçiridi.