Futzal üzrə Avropa çempionatının final mərhələsində sabah İspaniya ilə qarşılaşacaq Azərbaycan millisi bu gün oyunöncəsi son məşqini keçirəcək.

Sport24.az xəbər verir ki, bu komandalar indiyə qədər 5 oyunda üz-üzə gəliblər ki, onlardan 3-ü rəsmi, 2-si yoxlama matçıdır.

Komandamız bu rəqiblə bütün oyunlarından məğlub ayrılıb.

2.10.2002. YO. İspaniya – Azərbaycan – 4:3
23.10.2002. YO. İspaniya – Azərbaycan – 6:1
27.02.2011. AÇSO. Azərbaycan – İspaniya – 3:8 /Azərbaycan/
15.09.2016. DÇ. Azərbaycan – İspaniya – 2:4 /Kolumbiya/
04.02.2018. AÇ. Azərbaycan – İspaniya – 0:1 /Sloveniya/