Bu gün Azərbaycanın U-17 millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb. Sport24.az xəbər verir ki, yığmamız Gürcüstanla qarşılaşıb.

 

Görüş Moldova Futbol Federasiyasının Texniki Mərkəzinda keçirilib. Matçda Azərbaycan millisi 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.

 

Qeyd edək ki, Azərbaycan U-17 millisi ilk oyununda Moldovaya 0:1 hesabı ilə uduzub. Komanda 3-cü - sonuncu matçında Estoniya ilə üz-üzə gələcək (19 aprel).

 

12:00. Azərbaycan U-17 - Gürcüstan U-17 - 1:0

Qol: Pünhan Kərimov, 10