"Kəpəz"in azarkeşləri Premyer Liqada VIII turda "Qəbələ"ylə görüşdə komandalarının oyunundan narazıdırlar. Sport24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, onları əsas narazı olan yarımmüdafiəçilər -mərkəzdə oynayan Mahir Həsənovla cinahda çıxış edən Elnur Cəfərovdu.

Fanatlar baş məşqçi Azər Məmmədova tez-tez səslənərək "Azər müəllim, 9 nəfərlə oynayırıq, o ikisini dəyiş" söyləyirlər.

Həqiqətən də bu 2 futbolçu, xüsusulə Mahir çox zəif çıxışla, ardıcıl səhvəkiylə yadda qalır. Əslən gəncəli olan, komandada I Diviziiondan olan Mahir zədəli dayaq yarımmüdafiəçisi Olavale Onanuqanı əvəzləyir. Məmmədov Latir Falı isinmə hərəkətləri etməyə göndərib və fasilədə Həsınovu əvəzləyəcəyi realdı. 

Xatırladaq ki, iık hissənin sonu getdiyi matçda hesab açılmayıb.

 

MEHMAN SÜLEYMANOV, Gəncə