'Molde”nin Bakıya gələcəyi vaxt məlum olub. Ağdam təmsilçisindən Sport24.az-a verlən məlumata görə, Norveç təmsilçisini paytaxta gətirən təyyarə bu gün axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək. Qonaq komandanın harda məskunlaşacağı da müəyyənləşib. “Molde”  “Hyatt Regency” otelini seçib.


Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacı saytımıza açıqlamasında onu da bildirib ki, oyunu işıqlandırmaq üçün Norveçdən Bakıya 3 jurnalist  ezam olunub. Azarkeşlərə gəlincə, Norveç klubu meydan sahiblərinə Skandinaviyadan fanatların gəlməyəcəyini bildirib. 


Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

 

RƏŞAD QASIMOV