"Vəziyyət hər kəsə məlumdu. Mövcud durumun xüsusi şərhə heç bir ehtiyac yoxdu". Bu sözləri Sport24.az-a açıqlamasında Ukrayna ilə sabah baş tutacaq DÇ-26-nın seçmə mərhələ qarşılaşması öncəsi miilimizə fövqaladə formada 1 oyunluq baş məşqçi əvəzi təyin olunan Ayxan Abbasov deyib. 

 

Təcrübəli mütəxəssis bu ağır durumda "əlini daşın altına" qoymasına da münasibət bildirdi: "Hər şeyi gözəl anlayıram. Ancaq mən bu Vətənin övladıyam. Əminəm ki, hər bir azərbaycanlı mütəxəssis bu yükün altına girərdi. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam".

 

Qeyd edək ki, millinin baş məşqçisi Fernandu Santuş İskandiyaya 0:5 hesablı rüsvayçı məğlubiyyətdən sonra bu gün istefaya göndərilib.