"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov Premyer Liqanın son turunda "Sumqayıt"la ev matçında aldığı zədəyə görə hazırlıq prosesindən kənarda qalıb. Komandanın baş məşqçisi Ayxan Abbasov Sport24.az-a verdiyi məlumata görə, yarımmüdafiəçinin ayağa burxulub və 4 gün gözləməyi lazım biliblər: "Bu gün məşqə çıxdı. Hələ ki yüngül məşq edir, ağrıları var. Kapitanımız Şəhriyar Əliyev isə individual məşqlərə başlayıb. O, komandadan ayrı tək məşq edir".

 

Xatırladaq ki, tovuzlular qarşıdakı turda dekabrın 10-da "Neftçi"nin qonağı olacaq. 

 

MEHMAN SÜLEYMANOV