"Neftçi"nin futbolçusu Ataa Caber zədəsini sağaldıb. Sport24.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlamasında bildirib: 

 

"Yenidən oynamağa hazıram. Bərpa prosesi bir az çətin keçdi. Çünki sağaldıqdan sonra çıxdığım ilk oyunda yenidən eyni yerdən xəsarət almışdım. Eyni prosesi keçməli oldum. Üç aylıq fasilədən sonra bura qayıtdım".

 

Caber Premyer Liqanın XXVIII turunda "Qəbələ" ilə səfər qarşılaşmasında qələbəni hədəflədiklərini söyləyib: "Hazırda kollektiv şəkildə "Qəbələ" ilə qarşıdakı oyuna köklənmişik. Düşünürəm ki, həmin matçda qələbə qazana biləcəyik. Ondan sonra növbəti qarşılaşma barədə danışmaq olar".

 

Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" – "Neftçi" oyununun start fiti saat 16:30-da səslənəcək.