"İslandiya millisi Azərbaycanla matçdan öncə qələbə qazanmağı hədəfləyib". Sport24.az xəbər verir ki, bunu futbol üzrə İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransında deyib. 

 

Mütəxəssis Azərbaycan yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

 

"Əsasən, qələbə barədə düşünürdük.

 

Yaxşı oyun sayəsində qalib gəldik. Komandamın oyunundan çox razı qaldım. Hesaba baxmayaraq, bu işi görmək kifayət qədər zəhmət tələb etdi".

 

Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib. (Report)