"Turnir cədvəlində bir-birinə yaxın olan komandaların oyunlarıdır. "Şamaxı" - "Sumqayıt" matçında az da olsa, favorit kimi yerli komandanı göstərmək olar". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

 

Mütəxəssis Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb:

"Sumqayıt" da son dövrlər yaxşı oyun nümayiş etdirir. "Sabah" ikinci dövrəyə yaxşı başlamayıb. Evdə oynayırlar, qələbə üçün maksimum əllərindən gələni etməlidirlər. "Turan Tovuz" son dövrlər qeyri-stabil komanda kimi görünür. "Qarabağ"ı məğlub edib, evdə "Səbail"lə oyunda xal itirməsi nümunədir. "Sabah" - "Turan Tovuz" matçı bərabər səviyyəli olacaq. Hər iki komanda qalib gələ bilər"

Qeyd edək ki, "Şamaxı" - "Sumqayıt" görüşü saat 14:30-da, "Sabah" - "Turan Tovuz" matçı isə saat 17:00-da başlayacaq.