"Çempionatın marağı sonuncu yer mübarizəsinin axıra qədər getməsində idi. Son dövrlərdə "Qarabağ" bir neçə tur qalmış çempion olurdu və elitadan da düşən yox idi". Bu sözləri Sport24.az-a açıqlamasında milli komandamızın məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 2022/23 mövsümünü dəyərləndirərkən, deyib ki, komandaları iki yerə bölmək olardı: "Mövsümün birinci yarısından sonra ilk beşlik məlum idi. Bu, həm UEFA, həm də düşmə zonasında mübarizələrə aiddi  "Qarabağ"ın çempionluğu şübhə doğurmurdu. Ancaq "Sabah" və "Neftçi" öz aralarında mübarizəsi vardı. "Neftçi" sonradan bu mübarizədən geri qaldı. "Sabah" isə çempionluq yarışında uduzdu. Düşünürəm ki, sürpriz olmadı".

Əsədov son pillə uğrunda mübarizədən də danışıb: "Hamı "Şamaxı"nın sonuncu pilləni tutacağını gözləyirdi. Amma bu komanda sonadək mübarizə apardı. "Şamaxı" Azərbaycan futboluna tövhə verdi. Tanımadığımız yerli futbolçular üzə çıxdı və özlərindən söz etdirdilər".

 

KAMAL RZA