Argentina prezidenti Xavyer Miley, milli komandanın oyunçuları DÇ-2026-da uğurlarını azarkeşlərlə birlikdə qeyd etmək istəyəcəyi halda, həmin günü ölkədə qeyri-iş günü elan edəcəyini bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Argentina millisinin uğurunun qeyd olunmasına böyük maraq olduğuna görə, ictimaiyyətə bildirirəm ki, oyunçular və məşqçilər heyətinin qərarından asılı olaraq, həmin gün ölkə qeyri-iş günü elan ediləcək".

 

Ölkə prezidenti həmçinin finaldan sonra komandaya təşəkkür etməyi də unutmayıb:

 

"Çox sağ olun, sona qədər təslim olmadınız. Argentina həmişə bu vəzifənin öhdəsindən gəlir".

 

Qeyd edək ki, Argentina DÇ-2026-nın finalında İspaniyaya məğlub olub