Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən "Araz-Naxçıvan"ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib. Sport24.az xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı bu gün daha bir oyun keçirəcək.

 

"Qırmızı-ağlar" Bakı vaxtı ilə saat 18:30-da Super Liqa təmsilçisi "Konyaspor"la qarşılaşacaq.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" toplanışı iyulun 17-də "Trabzonspor"la keçirəcəyi oyunla yekunlaşdıracaq.