"Liv Bona Dea Arena"da keçiriləcək "Araz-Naxçıvan" – "Səbail" qarşılaşması ilə Premyer Liqanın XXXI turuna yekun vurulacaq.

 

Sport24.az xəbər verir ki, Naxçıvan təmsilçisinin cari mövsümdə heç bir hədəfi qalmayıb. "Qırmızı-ağlar" nə elitanı tərk etmək təhlükəsi yaşayır, nə də avrokuboklara iddialıdı. Əsas məqsəd qələbə qazanıb Elmar Baxşıyevi yeni komandasının "sükanı arxasında" sevindirməkdi. 

 

"Səbail" isə hələ də qitəmiqyaslı turnirlərə iddialıdı. Şahin Diniyevin "dənizçilər"i iddiasını sonadək sürdürmək üçün bu gün Mərdəkandan qələbə ilə dönməlidi.

 

Misli Premyer Liqası

VI dövrə, XXXI tur

19:00. "Araz-Naxçıvan" – "Səbail" 0:2

Qol: Ramalinqom, 32 (p). Yusif Nəbiyev, 75

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mərdəkan. "Liv Bona Dea Arena"

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 29. Vanderson Melo, 8. İsmail Azzaui

Baş məşqçi: Elmar Baxşıyev

"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 55. Nir Bardea, 44. Yadin Luqasi, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev