Misli Premyer Liqasının X turunun üçüncü oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qonaq edir.

 

Meydan sahibləri bu matçdan qalib ayrılacağı təqdirdə turnir cədvəlində Naxçıvan təmsilçisini geridə qoya bilər. Hazırda "kimyaçılar" 14 xalla 7-ci pillədə yer alıbsa, Elmar Baxşıyevin komandası 16 xalla 4-cü yerdədir. Qonaqlar səfərdən 3 xalla qayıdacağı halda isə 2-ci pillədəki "Zirə" ilə xalını bərabərləşdirəcək.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - Qəbələ" oyunu ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

I dövrə, X tur

18:30. "Sumqayıt" - "Araz-naxçıvan" 3:2

Qollar: Kehat 17, 79, Ronaldo Vazkez 69 - Boli 41, Patrik Andrade 51

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev 
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion.

 

"Sumqayıt": 1. Mehdi Cənnətov (k), 7. Rüstəm Əhmədzadə, 6. Rauf Rüstəmli, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini

 

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 23. Ronaldo Vaskez, 95. Nsana Simon

 

"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 8. Coşqun Diniyev, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli

 

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 16. Ramon Maçado, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 19. Bar Kohen