"Araz-Naxçıvan"ın iki legioner futbolçusu ölkələrinin milli komandalarına dəvət alıblar. Sport24.az xəbər verir ki, bunlar Kristian Avram və Felipe Santosdur.

 

Avram Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə meydana çıxa bilər. 

 

Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.