"Araz-Naxçıvan"ın aparıcı futbolçusu Vanderson Melo cəzalı duruma düşüb. Sport24.az xəbər verir ki, buna 30 yaşlı yarımmüdafiəçinin "Neftçi" ilə matçda sarı vərəqə alması səbəb olub.
Braziliyalı oyunçu cari mövsümdə 8-ci səfə bu halla üzləşib.
O, aprelin 7-də, 29-cu turda "Sumqayıt"la qarşılaşmanı buraxmalı olacaq.
Qeyd edək ki, Vanderson Melo cari mövsüm Premyer Liqada 26 matçda meydanda olub. "Neftçi" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1