Bu gün “Araz-Naxçıvan”la müqavilə imzalamaqla bu klubun üzvünə çevrilən Aksel Nqando arazpfk.com-a açıqlama verib. Sport24.az xəbər verir ki, 30 yaşlı fransalı yarımmüdafiəçi yeni komandaya gəldiynə görə şad olduğunu söyləyib: "Yaxşı mövsüm keçirməyi arzulayıram. Yeni müqavilə yeni ölkə, yeni çağırış və yeni təcrübə deməkdi. Çalışacam ki, komandama faydalı olum, əsas heyətdə özümə yer edim. “Araz-Naxçıvan” Premyer Liqaya bu mövsüm yüksəlsə də, yaxşı çıxış edir. “Neftçi” ilə görüşü izlədim, qələbə münasibəti ilə futbolçularımızı təbrik etdim. Ümid edirəm ki, bu komanda ilə çoxlu qələbələr, kubok və medallar qazanacağıq. Maraqlı bir kollektivimiz var”.