Dünən Misli premyer-liqasında XXII tura start verildi. Turun açılışı matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu. "Qarabağ" - "Sabah" qarşıdurmasından sonra "bayquşlar"ın yarımmüdafiəçisi Anatoli Nuriyev Sport24.az-a müsahibə verib. "Milliləşdirilmiş" futbolçu həm komandasından danışıb, həm də də milli komandanın Millətlər Liqasındakı rəqiblərinə toxunub.

- Bu gün meydanda "Qarabağ"a qarşı "diş göstərib" döyüşdüz. Oyunla bağlı təəssüratların bilmək istərdik...
- Yaxşı oyun alındı. Qələbəyə yaxın idik. Meydanda döyüşdük. Hər 2 komandanın fərqlənmək üçün fürsəti oldu. Amma təəssüflər olsun ki, matça əlavə olunan son dəqiqələrdə buraxdığımız qolla zəfəri əldən verdik. 3 xal götürməyə çox yaxın idik...

 

- Kubokda zəif çıxış edib mərhələni dayandırsaz da, ölkə çempionatında son 4 oyuna 1 qələbə, 3 heç-heçəyə imza atmısız.  Niyə bir cəbhədə zəif, o biri cəbhədə heç də pis təsir bğışlamırsız?  
- Ölkə kubokunun ¼ finalında doğma meydanda "Qarabağ"a 1:7 hesabıyla məğlub olduq. Böyükhesablı yenilgi üzərimizdə psixoloji təzyiq də yaratdı. Cavab oyunununda hər nə qədər mübarizə aparıb qələbə qazansaq da, böyükhesablı məğlubiyyətdən dolayı mübarizəni dayadırdıq. Baş məşqçimiz komandadan getdi. Buna rəğmən toparlanıb bütün diqqətimizi çempionata yönəltmişik. Çünki, avrokuboklara getmək üçün başqa çarəmiz yoxdu.

 


- 1:7 hesablı məğlubiyyətin əsas səbəbi nə idi?
- Bütün günahlar özümüzdədi. "Qarabağ"a qarşı açıq futbol sərgilədik və ilk dəqiqələrdə kobud səhvlərə yol verik və bunun qarşılığı olaraq qapımızda 3 qol gördük. Fasilədən sonra da hücum futboluna üstünlük verib hesabı dəyişməyə çalışdıq və nəticədə daha 4 qol buraxdıq. Həmin oyunda Ağdam təmsilçisi əlinə düşən fürsətlərdən maksimum istifadə edib bizi 7 dəfə meydanın mərkəzinə dəvət etdi. Bu məğlubiyyət nə qədər kədərli olsa da, ondan dərs çıxarmalıyıq.

 


- Necə düşünürsən, Murad Musayev istefa verməyib postunda qalması, komanda üçün faydalı olardı?
- Hesab edirəm ki, Murad Oleqoviç getməsə bizim üçün daha yaxşı olardı. Onun oyun fəlsəfəsinə alışmışdıq, yaxşı mütəxəssis idi. Həmçinin turnir cədvəlində vəziyyətimiz faciəli deyildi. 2 və 3-cü pillədəki komandalarla arada olan xal fərqi də böyük deyildi və turdan-tura uğurlu çıxış etməklə üst pillələrə yüksəlmək şansımız var idi. Amma heyif ki, baş məşqçinin qərarı getmək oldu. Musayevə bundan sonrakı həyatında can sağlığı, karyerasında uğurlar arzu edirəm.

 

- Səncə, avrokuboklara vəsiqə qazana biləcəksiz?
- Hazırda ən böyük motivasiyamız budu. Ona görə də hər oyuna qələbə əzmiylə çıxırıq. Qitəmiqyaslı yarışlara vəsiqə əldə etmək üçün sona qədər döyüşəcəyik.

 


- Öz oyunun haqqında nə deyərdin? Performansından raqzı qaldın?
- Bu barədə məşqçilər korpusumuz danışsa daha yaxşı olar. Amma nədənsə, elə ilk qayda pozuntusuna görə hakimlər dərhal mənə sarı vərəqə göstərir. Bu matçda da eyni aqibətlə üzləşdim. İlk folumdu, kobud qayda pozuntusu deyil, matçın bitməsinə çox var. Amça referi dərhal cəzalandırır. İlk fol aqressivlik göstəricisi deyil. Hər halda şifahi xəbərdarlıq da etmək olar. Amma mənə bir başa cəlandırırlar.  

 


- Bu gün komanda yoldaşın Tellur 2 gözəl qol vursa da, hakimlər onun ilk qolunu ofsayt kimi dəyərləndirdi. Bundan başqa 90 dəqiqədə 4 penalti qərarı vardı. Hakimlikdə qərəz görmədin?
- Hakimlərin bizə qarşı qərəzli olduğunu düşünmürəm. Tellurun qoluna gəlincə, buna yalnız VAR-a baxıb nəsə deyə bilərəm. Amma o, həqiqətən yaxşı qol vurdu. Sadəcə, referilərin elə ilk fola görə əlini cibinə atıb mənə sarı verməsini anlaya bilmirəm.

 


- Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi. Fikirlərini bilmək maraqlı olardı...
- Hər biri bizə tanış olsa da, kifayət qədər çətin rəqiblərdi. Slovakiya, İsveç, Estoniyaya qarşı döyüşəcəyik. İsveç özünü yaxşı tərəfdən göstərib. Ötən seçmə mərhələdə onların meydanında məğlub olsaq da, Bakıda layiqli qələbə qazandıq. Hər biri rəqibimizə qarşı layiqli oynamağa çalışacağıq. Bizi ağır 6 raund gözləyir.

 


- Səncə, qrupdan çıxa bilərik?
- Şans hər zaman var. Özümüzdən çox şey asılıdı. Rəqiblərimizin oyunlarından da çox şey asılı olacaq. İndidə onu deyə bilərm ki, Bakıdakı məğlubiyyətə görə, isveçlilər bizə qarşı çox əsəbi olacaqlar. Biz də eyni cür əsəbi olub qələbə qazanmağa çalışacağıq.

POLAD AZƏR