"Bavariya" və "Flamenqo" Klublararası Dünya Çempionatının "pley-off" mərhələsinin ilk iştirakçıları olub. Sport24.az xəbər verir ki, Almaniya nəhəngi qrup mərhələsinin ikinci turunda Argentina "Boka Xuniors"una qalib gəlib (2:1).

 

İki turdan sonra aktivində 6 xal olan "Bavariya" C qrupunun lideridir. "Benfika" 4xalla ikinci, "Boka Xuniors" isə 1 xalla üçüncüdür. Bütün görüşləri məğlub başa vuran Yeni Zelandiya təmsilçisi "Oklend Siti" sonuncudur.

 

Qrup mərhələsinin 3-cü -sonuncu turunda "Bavariya" "Benfika" ilə, "Boka Xuniors" isə "Oklend Siti" ilə qarşılaşacaq. Oyunlar iyunun 24-də keçiriləcək.

 

Gecənin digər matçında "Esperans" "Los-Ancelesə" qalib gəlib (1:0). Bu nəticə "Flamenqo"ya (iki matçda 6 xal) pley-offa vəsiqəni təmin edib. Çünki hərəyə 3 xalı olan "Esperans" və "Çelsi" qrup mərhələsinin son turunda üz-üzə gələcək. Oyun iyunun 25-də baş tutacaq. Paralel matçda "Los Anceles" "Flamenqo" ilə qarşılaşacaq.