Almaniya mətbuatı növbəti dəfə Azərbaycan millisinin futbolçusu Mahir Emrelini hədəfə alıb. Sport24.az xəbər verir ki, bu ölkənin "Clubfokus" nəşri "Nürnberq"də çıxış edən legionerlərin milli komandalarındakı oyunları ilə bağlı yazı hazırlayıb.

 

Başlıqda "Mahir Emreliyə növbəti sillə" yazılıb.

Azərbaycan millisinin Haitiyə 0:3 hesabı ilə uduzduğunu qabardan almanlar "Nürnbeq"in hücumçusunun start heyətində meydana daxil olduğunu və 80-ci dəqiqədə əvəzləndiyini xatırladıb:

 

"Emreli yığmasının son 7 matçda 6 məğlubiyyət almasına mane ola bilmədi. Hətta ölkəsinin böyük ümidi hesab edilən oyunçu özünün asan dönəmlərini yaşamır. O, son dəfə beş ay əvvəl - "Hamburq"la matçda (1:1) fərqlənə bilib".