"Qarabağ" - "Linkoln" matçını izləyənlər arasında "Sabah"ın sabiq üzvü, bu gün adı həm "Qarabağ", həm "Neftçi", həm də "Sabah"la yanaşı hallanan Aleksey Kaşuk da var idi. Matçdan sonra ukraynalı futbolçu Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.
- Azərbaycana gəlişinin məqsədini bilmək istərdik...
- İstirahətdəyəm və fürsətdən istifadə edib "Qarabağ" - "Linkoln "oyununu canlı izləmək istədim.
- Hansısa kıubumuzla danışıqr aparmırsan?
- Yox (gülür). Sadəcə, istirahətə gəlmişəm. Əminəm ki, hər dəfə ölkənizə istirahətə gələndə bu sualə mənə ünvanlayacaqlar.
- İzlədiyin matçla bağlı fikirlərini bölüşərdin...
- "Qarabağ" məsələni demək olar ki, səfərdə həll etmişdi. Bu üzdən cavab qarşılaşmasında çox rahat oynadı. Qurban Qurbanovun komandası rəqibindən ən azı iki baş üstündü. Düşünürəm ki, növbəti mərhələdə də "Qarabağ" rahat qələbə qazanacaq.
- Səncə, bu mövsüm Ağdam klubu ÇL qrupuna düşəcəkmi?
- Buna inanıram və gözləyirəm.
- Yenidən Azərbaycana qayıtmaq haqqında düşünürsən?
- Gələcəkdə yenidən Premyer Liqanızda oynamaq istəyərəm. Amma hələlik gələcəyimi Avropa klublarında görürəm və arzumu reallaşdırmağa çalışacam.
ABDULLA İSMAYILOĞLU