"Sumqayıt"ın futbolçusu Aleksandr Ramalinqom Misli Premyer Liqasında 20-ci qolunu vurub. Sport24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi XIII tura təsadüf edib.
32 yaşlı fransalı hücumçu "Şamaxı" ilə səfər görüşündə adını tabloya yazdırıb. Ramalinqom "Səbail"də 15, "Sumqayıt"da 5 dəfə fərqlənib. O, 20-ci qoluna 47-ci matçında imza atıb.
Qeyd edək ki, Aleksandr turnirin tarixində ən azı 20 qol vuran 173-cü futbolçudur. O, qol sayında Bəxtiyar Soltanov, Ruslan Musayev, Şamil Əhmədov, Cəfər Əliyev, Məhəmməd Qurbanov, Julius Vobay və Leonid Kalfaya çatıb.