Misli Premyer Liqasında XIII turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib. Sport24.az xəbər verir ki, altı matçda ümumilikdə 8250 tamaşaçı qeydə alınıb.

"Kəpəz" - "Zirə" (0:2) qarşılaşmasında 1000, "Turan-Tovuz" - "Neftçi" (0:0) görüşündə 4500, "İmişli" - "Sabah" (0:3) duelində 350, "Qarabağ" - "Karvan-Yevlax" oyununda 900, "Şamaxı" - "Sumqayıt" (1:2) matçında 800, "Qəbələ" - "Araz-Naxçıvan" qarşılaşmasında 700 izləyici olub.

Qeyd edək ki, Misli Premyer Liqasında XIV tur dekabrın 6-da start götürəcək.