Şənbə günü Fransa Kubokunun 1/32 final mərhələsində iki həvəskar komanda - "Steenvoord" və "Bethun" üz-üzə gəlib. Sport24.az xəbər verir ki, əsas vaxtda qapılara qol vurulmayıb.
Bu üzdən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. "Lotereya" da isə komandalar nə az, nə çox 44 dəfə "nöqtə"yə yaxınlaşmalı olublar.
Penaltilər seriyasında isə "Bethune" üstün olub və adını növbəti mərhələyə yazıdırıb - 21:20