Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu bu gün “Neftçi” PFK-nın qonağı olub.

Sport24.az xəbər verir ki, klub rəhbərliyi ilə görüşdə gələcəkdə klublar arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.