"Hər turnir, yoldaşlıq oyunu bizim üçün vacibdi. Bundan həm futbolçularımız, həm də millimiz qazanır. Qarşıdakı turnirdən maksimum faydalanıb Millətlər Liqasına hazırlaşmalıyıq. Yığmamızda yeni simalar da var. Ukraynada çıxış edən Emil Mustafayevin adını qeyd edərdim. O, daim Azərbaycan millisində çıxış etmə can atırdı. İndi onu yığmamıza qazandıracağıq. Hesab edirəm ki, Monqolustan və Bolqarıstan seçmələriylə yoldaşlıq oyunları bizim üçün hər tərəfli faydalı olacaq". Bu sözləri Sport24.az saytına açıqlamasında Vaqif Sadıqov bildirib.

Veteran mütəxəssis saytımıza açıqlamasında yığmaya yeni baş məşqçisinin və Arif Əsədovun bu posta təyinatından da danışıb:

"Milliyə Baş məşqçi təyinatı ətrafında müzakirələr davam edir. AFFA-nın yeni prezidentinin adına aydınlıq gələndən sonra bu suala da cavab tapılacaq. Qarşıdakı turnirdə komanda meydana Arif Əsədovun rəhbrliyi altında çıxacaq. İlk dəfə onun yığmanın baş məşqçisi kimi məharətini görəcəyik. Bəlkə də məni indi çoxları qınaya bilər ki, əvvəllər niyə mövqeyini bildirmirdin... Həmişə sözü zamanında deməyin tərəfda olmuşam. Mən yığmada yerli məşqçinin işləməsini istəmişəm. Bizim müasir futbolun tələbləri ilə ayaqlaşan savadlı, bacarıqlı mütəxəssislərimiz var. Əsədova qarşıdakı turnirdə uğurlar arzulayıram. O, neçə illərdi millidədi.  "Mətbəxin" içini kifayət qədər yaxşı bilir. Onun baş məşqçi kimi təsdiq olunmasının tərəfdarı olardım. Təbii ki, bu mənim subyektiv fikirimdi".

 

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Monqolustan, 25-də isə Bolqarıstanla üz-üzə gələcək.

ABDULLA İSMAYILOĞLU