"Bir il ərzində əldə olunan nəticələr böyükdür. Amma daha çoxuna nail olmaq istəyirik". Sport24.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
"Futbolu inkişaf etdirmək istəyirsə, böyük işlər həyata keçirməliyik. Kadr islahatları kiminsə vəzifəyə gəlməsi və getməsi deyil. Kadrların inkişaf etdirilməsi üzərində işləməliyik. Bunlara həkimlər, ot örtüyünə baxanlar, təlimçilər və s. daxildir. İstənilən hədəflərə çatmaq üçün yeni əməkdaşlara qapımız açıqdır. Öz yolumuzda irəliləyərkən, peşəkar əməkdaşları cəlb edəcəyik".