AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncəyə gəlib. Sport24.az-ın bu şəhərə ezam olunmuş əməkdaşı xəbər verir ki, assosiasiya rəsmisi Misli Premyer Liqasının XIX turunun "Kəpəz" - "Qəbələ" matçını fəxri tribunadan izləyir. Onu səfərdə AFFA rəsmiləri Firuz Abdulla ilə Orxan Hüseynov müşayiət edirlər.

Hacıyev AFFA İcraiyyə Komitəsinin üzvü , Gəncə futbolunun kuratoru İsgəndər Cavadov və "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri, idman direktoru Mehman Allahverdiyevlə birgə klubun futbol akademiyasının inşa olunan binası ilə tanış olublar. 

Xatırladaq ki, qış fasiləsi az öncə başlayan Gəncədəki matçla start götürüb. 

 

MEHMAN SÜLEYMANOV, Gəncə