"Atletiko"nun yarımmüdafiəçisi Konor Qallaher Premyer Liqaya qayıda bilər. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" 25 yaşlı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

 

"Qırmızı şeytanlar"ın nümayəndələri ingiltərəli oyunçu ilə görüşüb. Futbolçu özü təklifə isti yanaşır. "Mançester Yunayted" yaxın vaxtlarda İspaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

 

Qeyd edək ki, "Atletiko" Konor Qallaheri 2024-cü ilin yayında "Çelsi"dən 42 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol vurub.