Misli Premyer Liqasının 30-cu turunda "Sabah"la oyunda qırmızı vərəqə alan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin cəzası bəlli olub. Sport24.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bugünkü iclasından sonra türkmənistanlı mütəxəssisin 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya edildiyi açıqlanıb.

 

72 yaşlı çalışdırıcı matçın 19-cu dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə bu cəzanı alıb. "Turan Tovuz" klubu isə 4000 manat cərimə edilib.