CEYHUN ƏLİYEV

U-15 Liqasında EFA -"Qəbələ" matçı baş tutmayıb. Səbəb isə…

Sport24.az xəbər verir ki, oyuna hakimlər briqadası göndərməyi unudublar.

Maraqlıdır, bölgədən paytaxta gələn və bir neçə saatdan sonra məlum səbəbdən yenidən Qəbələyə qayıdan klubun xərclədiyi vəsaiti kim qarşılayacaq? Əlbəttə, deyə bilərsiniz ki, orda nə pul var ki, AFFA ödəyər də. Ancaq AFFA hansı maddəylə həmin pulu ödəyəcək?

 

Qanunvericilikdə belə bir bənd mövcud deyil ki, həmin xərclər qarşılansın. Dolayısı ilə görüşün yenidən keçirilməsi qərara alınsa (əslində, başqa variant da görünmür), mühasibatda hansısa fırıldağa əl atılmalı olacaq.

 

Bu dəfə də yəqin Hakimlər Komitəsinin sədri Frank de Bleker "məsuliyyəti üzərinə götürər". Yadınızdadırsa AFFA prezidenti Rövşən Nəcəfin təkbaşına təyin etdiyi, baş katib Sərxan Hacıyevin isə "qərarı birlikdə vermişik" (hərçənd, Hacıyevin heç bir səlahiyyət sahibi olmadığını hər kəs bilir) dediyi millinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının C Divizionunkı fiasko nıticəsində D Liqasına yuvarlnamaya görə "məsuliyyəti öz üzərimə götürürəm" demişdi. Görünür, assosiasiyada qərar verən Rövşən Nəcəf və kargüzarlıq işlərinə məsul Sərxan Hacıyev hələ bilmirlər ki, məsuliyyəti üzərinə götürən şəxslər istefa verir.

 

Beləcə, AFFA-nın yeni rəhbərliyi ən qısa zamanda növbəti məsiliyyətsizliyini ortaya qoydu. Bu gedişlə Sərxan bəyin AFFA-nın səriştəsizliyinə görə "bütün məsuliyyəti üzərimə götürürəm" deyəcəyi gün uzaqda deyil. Ancaq görünən budu ki, əcnəbilərə "qorxma, məsuliyyəti üzərinə götür" deyən, Hacıyev üzərinə götürəcəyi məsuliyyətlə istefa ərizəsini də yazmalı olacaq.