AFFA "Şamaxı"dan ayrılan futbolçular - Giorgi Kantariyanın və Adil Nağıyevin oyun alqı-satqısında iştirak etmələri ilə bağlı yayılan iddialar barədə açıqlama verib. Sport24.az xəbər verir ki, milli assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən məsələ qurumun diqqət mərkəzindədir:

 

"İctimaiyyətə bu haqda müvafiq araşdırmalar aparıldıqdan sonra geniş məlumat veriləcək".

 

Qeyd edək ki, "Şamaxı" iki futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam verib.