"Bu oyun avrokuboklara getmək baxımından hər iki komanda üçün önəmlidir". Bu sözləri Sport24.az-a açıqlamasında Adil Şükürov deyib. 

 

Mütəxəssis Misli Premyer Liqasının 30-cu turunda bu gün baş tutacaq "Turan Tovuz" - "Sabah" matçı ilə bağlı fikirlərini bölüşüb:

 

"Turan-Tovuz" ölkə kubokunda olmadığı üçün komanda bütün gücünü çempionata verib. Bu turda isə əsas rəqibini məğlub etməklə düşünürəm ki, dördüncü yeri təmin edərlər. Amma taleyi öz əlində olmayacaq. Kubokun finalının nəticəsini gözləməlidir".

 

A. Şükürov "Sabah"ın qalibiyyət sayəsində dördüncü yer üçün mübarizəni davam etdirəcəyini söyləyib:

 

"Onlar kubokda da iddialıdır. Yarımfinalın ilk qarşılaşmasında səfərdə qələbə qazanıblar. Avrokuboka getmək şansları da "Turan-Tovuz"a baxdıqda daha çoxdur. Yəni, paytaxt təmsilçisi Avropaya getmək baxımından taleyini özü həll edə bilər. Amma "Sabah" hər iki yarışda mübarizə aparmaq istəyirmi?"