Növbəti mövsümdən Azərbaycan çempionatının I Divizionunda çıxış edəcək "Araz Naxçıvan"da yeni təyinat rəsmiləşib. Sport24.az xəbər verir ki, Naxçıvan klubunun Futbol Akademiyasına yeni koordinator təyin olunub.

Bu, PRO kateqoriyalı məşqçi Adil Şükürov olub. 45 yaşlı mütəxəssislə 3 illik rəsmi müqavilə imzalanandan sonra təqdimatı olub. 

Klubun vitse-prezidenti Sakit Rzayevin iştrak etdiyi təqdimat Azər Bağırovla bağlı da olub. Belə ki, "Araz Naxçıvan" adıçəkilən baş məşqçisiylə 3 illik rəsmi müqavilə imzalayaraq əməkdaşlığını davam etdirdiyini rəsmən açıqlayıb. Burda əsa sməqam odur ki, 41 yaşlı Bğaırov bunadək Naxşıvan təmsilçisi Region Liqasında çalışaraq onu bürünc medalçı etsə də, bu, həvəskar yarış idi. İndisə "Araz Naxçıvan" peşəkar səhnəyə qayıraq PRO kateqoriyalı baş məşqçisi ilə peşəkar müqavilə imzalayıb. 

Xatırladaq ki, Şükürovun son iş yeri "Turan Tovuz"da Futbol Akademiyasının koordinator vəzifəsi olub.