Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində bu gün "Tofiq Bəhramov"da keçirilən "Qarabağ" - "Linkoln" matçını izləyənlər arasında sürpriz qonaq var. Sport24.az xəbər verir ki, adı Ağdam təmsilçisi ilə yanaşı hallanan Aleksey kaşuk ailə üzvləri ilə birgə oyunu izləyir.

 

Qeyd edək ki, artıq neçə müddətdi ki, ukraynalı futbolçunun "Sabah", "Neftçi"yə keçəcəyi ilə bağlı söz-söhbət dolaşır.